Mən kiməm?

Psixoloq Gülnar Məstəlizadə

Psixoloq | Psixoloji konsultant | Təlimçi | Müəllif proqramının yaradıcısı

Gülnar Məstəlizadə

2011-ci ildən psixologiya sahəsində peşəkar fəaliyyət göstərirəm.

Azərbaycan Dövlət Pedaqoji Universitetində Psixologiya ixtisası üzrə ali təhsil almış, daha sonra Rusiyada Beynəlxalq Psixologiya və Psixoterapiya İnstitutunda — MIPIP psixologiya və psixoterapiya istiqamətində peşəkar təhsilimi davam etdirmişəm.

Peşəkar inkişafım çərçivəsində NLP üzrə hazırlıq, NLP Trainer, Access Bars təlimçisi və təlimçi hazırlığı proqramlarında iştirak etmiş, yerli və beynəlxalq seminar, master-klass və konfranslarda bilik və təcrübəmi davamlı şəkildə inkişaf etdirmişəm.

Fəaliyyətim əsasən fərdi psixoloji konsultasiya, münasibətlər və qadın psixologiyası, özünə dəyər, şəxsi sərhədlər, emosional asılılıq, təkrarlanan münasibət ssenariləri, daxili konfliktlər, stress və həyat dəyişiklikləri istiqamətlərini əhatə edir.

Konsultasiya prosesində hər müraciətə fərdi yanaşır, problemin yalnız nəticəsini deyil, onun arxasında dayanan psixoloji mexanizmləri və təkrarlanma səbəblərini müəyyənləşdirməyə çalışıram. Məqsəd əldə edilən fərqindəliyi real və davamlı həyat dəyişikliyinə çevirməkdir.

Fərdi konsultasiyalarla yanaşı, psixoloji maarifləndirmə və şəxsi inkişaf istiqamətində təlimçi fəaliyyəti göstərir, qrup formatında təlimlər keçirəm.

Seansa yazıl